Dünya

Polisin “dur” əmrinə tabe olmayan reper öldürüldü - VİDEO - FOTO

10 Sentyabr 2019 19:57
0 Şərh     Baxış: 2 312
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı reper Brian J.Quinones ABŞ-ın Minneapolis şəhərində qırmızı işıqdan keçdiyi üçün yol polisi tərəfindən "dur" xəbərdarlığı edilib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, polisin maşını saxlama əmrinə tabe olmayan reper onlarla qaçdı-tutdu oynamağa başlayıb. Üstəlik, Brian bütün bunları feysbukda açdığı canlı yayımda göstərib. Ancaq polislə oyunun sonu heç də xoş bitməyib.

Maşınından bıçaqla enən Brian polisin "bıçağı kənara qoy" xəbərdarlığına əhəmiyyət verməyib. Bu zaman polis ona 5 dəfə atəş açaraq reperi öldürüb.

Hazırda istintaq tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.