Soçi aeroportunda işdən çıxarılan ermənilər millətlərarası ədavəti qızışdırırlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın Soçi şəhərindəki beynəlxalq hava limanında işləyən erməniləri kütləvi şəkildə işdən qovublar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu işdənçıxarılmalar ilə bağlı Ermənistanın ombudsmanı Arman Tatoyan Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovaya müraciət edib.
Ermənilər iddia edirlər ki, rusiyalı oliqarx Oleq Deripaskanın "Bazel Aero" şirkətinə məxsus olan aeroportda erməni millətindən olan 23 şəxsi milli mənsubiyyətinə görə işdən çıxarıblar. Şirkətin mətbuat katibi Anna Şalimova isə bildirib ki, ermənilərin iddiaları həqiqətə uyğun deyil, hava limanında bir çox millətlərin nümayəndələri çalışır və işdən azad olunanlar Rusiya qanunvericiliyinə uyğun olaraq vəzifələrindən çıxarılıblar. O əlavə edib: "Lakin bir qrup şəxs milli məsələdən istifadə edərək özləri üçün xüsusi şərait yaradılmasını tələb ediblər və aeroport rəhbərliyini şantaj etməklə məşğuldurlar. Biz hesab edirik ki, bu qrup millətlərarası nifrət atmosferi yaratmaq istəyirlər".
Soçi şəhərinin yerli mətbuatında dərc olunan xəbərlərdə isə qeyd olunub ki, keçmişdə aeroportda yüksək gəlirli vəzifələri ələ keçirən ermənilər guya milli mənsubiyyətə görə təqibə məruz qaldıqlarını bildirərək Rusiyanın müxtəlif instansiyalarını saxta bəyanatları ilə əldən salıblar. Bildirilir ki, işdən çıxarılan "əzabkeş xalqın" nümayəndələri hava limanı əməkdaşlarının cəmi 3 faizini təşkil ediblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Məktəbin yanında söyüş söyən 7 nəfər həbs edildi
-
Bekhem FİFA prezidenti ola bilər
-
Rusiya Ukraynanın enerji obyektlərini bombalayıb
-
Sabah yollarda görünüş məsafəsi azalacaq
-
Zaqatalada rus sürücü TIR-la qadının üstündən keçdi
-
"Gəncə" basketbol klubu baş məşqçisi ilə yolları ayırıb
-
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
-
Biləsuvarda ağır qəza - Ölənlər və yaralananlar var - (Yenilənib)
-
Misir Prezidenti istefa verəcəyini elan edib
-
Yəmənin strateji şəhəri husilərin mühasirəsinə düşdü
-
Ərindən sonra qızı da vəfat etdi
-
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb - (Foto)
-
Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma
-
Sabiq futbolçu müharibədə həlak oldu
-
Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
-
Bayhan dinini dəyişib?
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Bazar günü hava necə olacaq?
-
Metrodan istifadə edənlər azalıb
-
“Azərbaycan Dəmir Yolları”ndan Xırdalan-Sumqayıt xətti ilə bağlı açıqlama
-
Futbolçu itinə görə məhkəmə qarşısına çıxacaq
-
Füzuli: Zəfərdən dirçəlişə uzanan yol
-
Pakistanda zəlzələ oldu
-
Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik: Hərəkət dəyişəcək





