ABŞ-ın Yeni Orleanın yerli teleaparıcısı Nensi Parker təyyarə qəzası nəticəsində həlak olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə avqustun 16-sı 53 yaşlı N.Parkerin mürəkkəb tryuklar həyata keçirən pilot barədə reportajı verərkən baş verib.
Jurnalistlə birgə reportajın qəhrəmanı da həlak olub.
Kanalın məlumatına görə, Parker işlədiyi müddətdə beş "Emmi" mükafatını alıb.
.jpg)
Milli.Az





