Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycanın müasir tarixində xüsusi məna daşıyan əlamətdar günlərdən biridir."
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, üçüncü dəfə qeyd olunan bu gün xalqımızın uzun illər davam edən mübarizəsinin, tarixi ədalətə və milli məqsədlərə sarsılmaz inamının məntiqi nəticəsini ifadə edir. "Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncamla bu tarixin təsis olunması təsadüfi deyil. 20 Sentyabr Azərbaycanın dövlət suverenliyinin bütün ərazilərində tam təmin olunmasının, separatizmin kökündən aradan qaldırılmasının və yeni tarixi mərhələnin başlanmasının rəmzidir. Bu günə gedən yol heç də asan olmayıb. Təxminən otuz il ərzində Azərbaycan xalqı işğalla barışmadı, dövlətimiz isə ərazi bütövlüyünün bərpasını ən mühüm milli məqsəd kimi qarşıya qoydu. Minlərlə igid oğulun canı və qanı bahasına qazanılmış Zəfər xalqımızın iradəsinin, dövlətimizin gücünün və ordumuzun qəhrəmanlığının təntənəsidir. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrin tərk-silah olunması Azərbaycanın Qarabağda suverenliyini tam bərpa etməsi baxımından həlledici mərhələ oldu."
K.Qafarov qeyd edib ki, bu tarixi prosesin ən möhtəşəm anlarından biri 2023-cü il oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması idi: "Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması yalnız hərbi və siyasi qələbənin nəticəsi deyildi. Bu, xalqımıza verilmiş sözün yerinə yetirilməsi, illərlə qorunan milli amalın reallaşması və Azərbaycanın ərazi bütövlüyünün bərpasının əyani təzahürü idi. Xankəndinin mərkəzində ucaldılan üçrəngli bayraq bütün Azərbaycan xalqı üçün xüsusi qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyevin də vurğuladığı kimi, dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən qarşıya qoyduğu əsas vəzifələrdən biri Azərbaycan Bayrağının işğal altında olan bütün torpaqlarda dalğalanmasına nail olmaq idi. Bu məqsədə doğru uzun illər ərzində ardıcıl, məqsədyönlü və düşünülmüş siyasət həyata keçirildi. Bu siyasətin nəticələri 2020-ci ildə əldə olunan tarixi Zəfərlə məhdudlaşmadı. 2023-cü ildə Azərbaycanın bütün ərazilərində konstitusion quruluşun təmin edilməsi ilə dövlət suverenliyi tam bərpa olundu. 8 noyabr 2023-cü ildə Xankəndidə keçirilən hərbi parad isə Azərbaycan dövlətinin əldə etdiyi möhtəşəm tarixi nəticələrin dünyaya nümayişi idi. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə artıq yalnız azad edilmiş şəhərlər deyil. Onlar quruculuğun, qayıdışın və yeni həyatın ünvanlarına çevrilirlər. Yeni yollar, yaşayış məhəllələri, məktəblər, sosial obyektlər, istehsal müəssisələri yaradılır, sakinlərin doğma yurdlarına qayıdışı təmin olunur. Qarabağ Universitetinin Xankəndidə fəaliyyətə başlaması isə regionun gələcəyinin elmə, təhsilə və intellektual inkişafa bağlandığını göstərir. 20 sentyabr həm də Azərbaycanın gələcəyə inamla baxdığı gündür. Bu tarixi bayram bizə bir daha xatırladır ki, milli birlik, güclü dövlət, uzaqgörən siyasət və xalqın öz məqsədinə inamı qarşıya qoyulan ən böyük vəzifələrin belə həyata keçirilməsinə imkan yaradır. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə bu gün artıq Azərbaycanın tam suverenliyinin, tarixi Zəfərinin və böyük qayıdışının parlaq simvollarıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
XƏBƏR LENTİ
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Bazar gününün havası açıqlandı
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Aparıcı “palatka biznesi” ilə bağlı şok sirri açdı - (Video)
-
Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
-
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - (Video)
-
Serxio Ramos: "Ardaya kifayət qədər şansı verilsə, onu keçə bilər"
-
Rusiyada ayılara görə komendant saatı tətbiq edildi
-
Hərbçimizlə erməni qadın arasında dialoq - (Video)
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Elgizin görüntüsü viral oldu – (Video)
-
Tural İsmayılov yeni vəzifəyə təyin olundu
-
Elşad Namazov vəzifəsindən getdi
-
"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
-
Bakıda qadına 12 bıçaq zərbəsi vuruldu: 17 yaşlı oğlu tutuldu
-
Bu xanıma yüksək vəzifə verildi
-
On beş milyon azadlıq mərmisi
-
"Həmin oğlan uşaqlarının valideynini “öldürmək” istəyirəm" - (Video)
-
Harri Keyn Bundesliqada tarix yazdı





