Məşhur teleaparıcı təyyarə qəzasında öldü

18 Avqust 2019 09:39

ABŞ-ın Yeni Orleanın yerli teleaparıcısı Nensi Parker təyyarə qəzası nəticəsində həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə avqustun 16-sı 53 yaşlı N.Parkerin mürəkkəb tryuklar həyata keçirən pilot barədə reportajı verərkən baş verib.

Jurnalistlə birgə reportajın qəhrəmanı da həlak olub.

Kanalın məlumatına görə, Parker işlədiyi müddətdə beş "Emmi" mükafatını alıb.

Milli.Az