Dünya

Pentaqonun ölümsaçan silahı laboratoriyadan qaçıb - Hər kəs təlaş içindədir

17 İyul 2019 16:14
5 Şərh     Baxış: 4 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pentaqon gənələrdən "bioloji silah" yaratmaq istəyib, Amerika mediası yazır. 

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, belə bir iddianı Konqresin Nümayəndələr Palatası irəli sürüb.

İttihama əsasən, ABŞ müdafiə nazirliyi 1950-1975-ci illərdə gənə və digər həşəratlar üzərində təcrübələr apararaq onları bioloji silaha çevirməyə çalışıb. Lakin naməlum səbəbdən həşəratlar sonradan təbiətə buraxılıb.

Güman edilir ki, son dövrlərdə Borrelioz (Laym) xəstəliyinin geniş yayılması məhz Pentaqonun həşəratlar üzərində apardığı təcrübələrlə əlaqəlidir.

Nümayəndələr Palatası artıq təhqiqat aparmağı tələb edib. Belə ki, respublikaçı konqresmen Kris Smitin məsələ ilə bağlı təklif etdiyi düzəlişlər 2020-ci ilin müdafiə büdcəsinə dair qanun layihəsinə əlavə edilib.

Düzəlişlərə əsasən aparılacaq təhqiqat çərçivəsində Pentaqon bu məsələ ilə bağlı suallara cavab verməli olacaq.

"Roll Call" nəşrinin verdiyi məlumata əsasən, amerikalı hərbçilərin həqiqətən də bu cür eksperimentlər apardığı üzə çıxsa Pentaqon bununla bağlı Nümayəndələr Palatasının və Senatın silahı qüvvələr komitələrinə hesabat verməli olacaq. Müdafiə nazirliyi, həmçinin bu təcrübələrə məruz qalmış gənə və həşəratların təsadüfən və ya qəsdən təbiətə buraxıldığı iddialarına cavab verməlidir.

Qeyd edək ki, Borrelioz adı ilə də tanınan Laym xəstəliyini "Borrilia" adlı bakteriyalar törədir. Bu bakteriyaların əsas daşıyıcısı gənələrdir. 

Borreliozun ABŞ ərazisində əsas törədicisi "Borrelia burgdorferi" bakteriyasıdır. Avropa və Asiyada isə bu xəstəliyə əsasən "Borrelia miyamotoi", "Borrelia afzeli", "Borrelia garinii", "Borrelia bavariensis" və "Borrelia spielmanii" bakteriyaları səbəb olur.

Borreliozun vaxtında və düzgün müalicə olunmaması xəstələnmiş şəxsin əlilliyi və hətta ölümü ilə nəticələnə bilər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.