Dünya

Gürcüstana radioaktiv maddə keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanıldı

15 İyul 2019 16:44
0 Şərh     Baxış: 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti radioaktiv maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Ermənistan vətəndaşını saxlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Sadaxlı gömrük-keçid məntəqəsində Ermənistan vətəndaşına məxsus mikroavtobusa baxış keçirilərkən 71.3 kq radioaktiv izotoplara malik "Torium 232" maddəsi aşkar edilib.

Radioaktiv maddənin insan həyatı üçün ölümcül təsirə malik olduğu bildirilir.

Faktla bağlı Əks-Kəşfiyyat Departamenti araşdırmalara başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.