Dünya

1 tondan çox narkotik aşkarlandı – İranda

7 İyul 2019 22:16
0 Şərh     Baxış: 988
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın İsfahan vilayətində polisin keçirdiyi əməliyyat nəticəsində 1 tondan çox narkotik maddə aşkarlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın İsfahan hüquq-mühafizə orqanının rəisi Mehdi Məsumbeygi deyib.

M.Məsumbeyginin sözlərinə görə, əməliyyat nəticəsində 1 ton tiryək, 10 kq heroin, 2 kq həşiş, 3 kq ekstazi aşkarlanıb.

Məsumbeygi əlavə edib ki, 5 peşəkar narkotik qaçaqmalçısı və 4 ədəd avtomobil saxlanıb.

Polis rəisi 3,5 ay ərzində İsfahan vilayətində 13 tondan çox narkotik maddənin aşkarlandığını deyib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə aşkarlanan narkotik maddələrin 7% artdığını göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.