Dünya

Keçmiş bələdiyyə sədrini güllələyib öldürdülər - FOTO

16 İyun 2019 17:45
0 Şərh     Baxış: 1 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Aksaray vilayətində silahlı insident olub.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, ötən gecə Aksarayın Güzelyurt qəsəbəsində Milliyətçi Hərəkat Partiyasının üzvü, keçmiş bələdiyyə sədri Mehmet Bezgen ilə düşmənçilik edən Ramazan Yasav və Kərim Yasav arasında mübahisə olub. Mübahisəyə sonrasan daxil olan İsa Yasav özü ilə gətirdiyi tüfənglə 51 yaşlı Mehmet Bezgen və onun qardaşı oğluna doğru atəş açıb. Nəticədə ağır xəsarət alan M.Bezgen xəstəxanaya aparılarkən ölüb. Hadisə vaxtı daha 3 nəfər xəsarət alıb. Onların vəziyyəti normaldır.

Qeyd edək ki, qətlə yetirilən şəxs hazırda bələdiyyənin məclis üzvlərindən biri kimi fəaliyyət göstərirdi.

Hadisəni törədən şəxs artıq tutulub.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.