Ötən il xarici turistlər Dubayda 22,8 milyard dirhəm xərcləyiblər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2018-ci ildə Səudiyyə Ərəbistanı, ABŞ və Böyük Britaniya vətəndaşları Dubaya turizm səfərləri zamanı xərclərin həcminə görə lider olublar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Visa" beynəlxalq ödəniş sisteminin "Visa" kartları ilə icra edilən tranzaksiyalar haqqında hesabatlara əsasən dərc edilmiş məlumatlarında Səudiyyə Ərəbistanından olan turistlər ümumilikdə 4,8 milyard dirhəm, ABŞ-dan olan turistlər - 2,4 milyard dirhəm, Böyük Britaniyadan olan turistlər isə 2 milyard dirhəm xərcləyiblər. İl ərzində "ən bədxərc" turistlərin ilk onluğuna Çin vətəndaşları - 1,3 milyard dirhəm, rusiyalılar - 1,2 milyard dirhəm, hindistanlılar - 1,2 milyard dirhəm, küveytlilər - 1,1 milyard dirhəm xərcləməklə daxildirlər. Sonrakı yerlərdə Oman, Bəhreyn və Avstraliyadan olan turistlər qərarlaşıb.
BƏƏ-yə gələn turistlər tərəfindən "Visa" kartları üzrə tranzaksiyaların ümumi sayı əvvəlki illə müqayisədə 22 faiz artıb. Ümumi gəlirlərin həcmi 2017-ci ildəki 21,7 milyard dirhəmdən (5,94 milyard dollar) 22,8 milyard dirhəmə (6,24 milyard dollar) çatıb. Bununla yanaşı, ən çox vəsait səfərlərə - 9,2 milyard dirhəm, dəbli geyim və aksesuarlara - 3,8 milyard dirhəm, zinət əşyalarına - 2 milyard dirhəm, restoranlarda qidalanmaya - 1,8 milyard dirhəm, həmçinin asudə vaxt və əyləncəyə - 959 milyon dirhəm xərclənib.
Qeyd edək ki, 2018-ci ildə Dubayı 15,8 milyon nəfər ziyarət edib və Əmirliklər buraya gələnlərin sayına görə dünya şəhərləri arasında 6-cı yerdə olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi





