Dünya

ABŞ İran qüvvələrini vurmağı dəstəklədi - İsrail təşəkkür etdi

11 Oktyabr 2018 20:08
3 Şərh     Baxış: 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin Suriyadakı iranyönlü qüvvələrə zərbə endirməsi haqqını dəstəklədiyinə görə ABŞ-a təşəkkür edirik.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Yuval Rotem paylaşıb.

"İran və onun Suriya ilə Livandakı terrorçu təşkilatlarına İsrailin suverenliyini və xalqını təhdid etməyə imkan verməyəcəyik. İsrailin özünümüdafiə haqqını açıq mövqe ilə dəstəklədiyinə görə, ABŞ Dövlət katibi Pompeoya təşəkkür edirik", - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Pompeo İsrailin Suriyada İran qüvvələrinə zərbə endirməsini dəstəkləyib. O, İran qüvvələrinin təcili olaraq Suriyanı tərk etməli olduğunu bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.