Dünya

Putin-Ərdoğan görüşündə hansı mövzular müzakirə olunacaq?

10 Noyabr 2017 17:46
1 Şərh     Baxış: 1 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Soçidə görüşəcəklər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Kremlin mətbuat xidməti iki liderin terrorçuluğa qarşı mübarizə və Suriyadakı vəziyyəti müzakirə edəcəkləri barədə məlumat yayıb.

"Noyabrın 13-də Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçiyə işgüzar səfərə gələcək. Regional və beynəlxalq problemlər, o cümlədən Suriya münaqişəsinin nizamlanması və terrorçuluğa qarşı birgə mübarizə barədə fikir mübadiləsi aparılacaq", - deyə Kremlin mətbuat xidmətindən bildirilib. O da qeyd olunub ki, prezidentlər ikitərəfli əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsi, enerji sahəsində əməkdaşlıq məsələlərini də müzakirə edəcəklər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.