İdman

"Qalatasaray"da ciddi itki

1 Fevral 2026 00:19
Baxış: 2 911
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.

Milli.Az xəbər verir ki, İstanbul nəhənginin əsas oyunçularından olan Leroy Sane sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Almaniya millisinin üzvü UEFA Çempionlar Liqası Liqa mərhələsinin 8-ci turunun "Mançester Siti" ilə matçında sağ ayaq topuğundan zədə alıb. 30 yaşlı vinger təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Leroy Sane mövsümün əvvəlindən "Qalatasaray"da çıxış edir. Təcrübəli futbolçu "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 28 rəsmi matçda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.