Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, Vatikanda Roma Papası İohan 2-ci Pavelin şərəfləndirilməsi mərasimi keçirilib.
Beatifikasiya adlanan mərasimi hazırkı Papa 16-cı Benedikt icra edib.
Bu hadisə ilə əlqadar 1 milyondan artıq insan Vatikandakı Müqəddəs Pyotr Meydanına və ətraf küçələrə toplaşıb.
Öz çıxışında Roma Papası Benedikt deyib ki, 2-ci Pavel Xristianlığın həqiqi simasını bərpa edən şəxsdir.
Katolik Kilsəsinin qaydalarına görə beatifikasiya və ya şərəfləndirmə mümkün müqəddəsləşdirməyə gedən sonuncu pillədir.
İtaliya paytaxtı Romada polis təhlükəsizlik tədbirlərini gücləndirib.
Şərəfləndirmə mərasiminə 16 dövlət başçısı, 8 baş nazir və Avropanın 5 kral ailəsi dəvət olunmuşdu.
Roma Papası İohan 2-ci Pavelin 27 illik hakimiyyəti dövründə katolik kilsələri bağlı uşaqlara qarşı cinsi təcavüz kimi bir sıra xoşagəlməz hallar baş vermişdi.
Bununla belə, Roma Papası Benedikt şərəfləndirmə üçün lazım olan beş il müddətini istisna qaydasında qısaldıb.
Müqəddəs Pyotr Meydanına yığılanlar Benediktin çıxışını "Santo Subito" - yəni "Dərhal Müqəddəsləşdirin" şüarları ilə müşaiyət edirdilər.
Mərasim bütün dünya boyunca canlı videoxətlə katolik kilsələrində nümayiş etdirilib.
Beatifikasiyanın icrası üçün Pavelin sümükləri məzarından götürülüb və xüsusi tabutda Müqəddəs Pyotr Məbədinin içərisində yerləşdirilib.
Kütləvi ibadət zamanı Benedikt içində İohan Pavelin qanı olan gümüş rakanı nümayiş etdirib.
Bu, şərəfləndirmə mərasiminin alınmaz tərkib hissəsidir.
Milli.Az
Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Vatikan Roma Papası İohan 2-ci Paveli şərəfləndirdi
1 May 2011 23:39
Baxış: 307

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Putin sülhə ciddi yanaşmır”
-
10 il sonra Çempionlar Liqasına qayıtdılar
-
Pirşağı-Novxanı-Xırdalan yolu bağlanır - VİDEO
-
Hamilə qadınlara şad xəbər: Bu meyvə körpələrdə allergiya riskini azaldır
-
Tozsoranla təmizlik edərkən edilən səhvlər
-
"Gözəl qız olmuşam, deyirdi ki, səni saxlaya bilməyəcəyəm"
-
Enerji içkilərindəki böyük təhlükə - Diqqətli olun
-
Kişiləri ilk görüşdə valeh edən 10 ƏTİR
-
Yayda rayonlara gedənlərin nəzərinə - Bu rənglərdə geyinməyin: Təhlükə var
-
"Vəziyyət nəzarətdən çıxırdı, bu səbəbdən öldürdülər” - Şok İDDİA
-
Kitab oxuma vərdişini necə yaratmaq olar?
-
İmamoğlunun həbs müddəti uzadıldı
-
Ağdaşda ağır qəza - Ölən və yaralananlar var
-
Bu yol tam bağlanacaq
-
Günün qoroskopu: Yuxular simvollardan toxunur
-
Suriyanın Dünya Bankına olan borcunu bu ölkələr ödədi
-
“WhatsApp”a yeni düymə əlavə edildi
-
Azərbaycanda yeni şəlalə tapıldı
-
Ukrayna Rusiyanın tələblərinə mümkünsüz dedi
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Albaniyaya işgüzar səfərindən görüntülər paylaşılıb - VİDEO
-
“Məni görəndən sonra atamın ayaqları açıldı” - 9 ay sonra tapılan Kənan - VİDEO
-
İlham Əliyevin Albaniyaya səfəri başa çatıb
-
Özbəkistanda Türkiyə ilə bağlı elə şeylər tapıldı ki... - FOTO
-
Cəmi dörd yaşı var, artıq "Forbes"un siyahısındadır - FOTO