Dünya

“Putin sülhə ciddi yanaşmır”

17 May 2025 08:48
Baxış: 274
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukrayna sülh istəyir, lakin Rusiya Prezidenti Vladimir Putin sülhə ciddi yanaşmır".

Milli.Az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Albaniyanın paytaxtı Tiranada keçirilən "Avropa Siyasi Birliyinin" 6-cı Zirvə Toplantısında çıxışı zamanı deyib.

Dünyanın yeni bir qeyri-sabitlik dövründə olduğuna diqqət çəkən Starmer köhnə müzakirələri davam etdirməkdənsə gələcəyə fokuslanmağı vacib hesab edib:

"Avropalı müttəfiqlərimizlə əlaqələrimizi əhəmiyyətli dərəcədə artırdıq. Bu əməkdaşlıq təhlükəsizliyi təmin etmək vədimizin mühüm nümayişidir.

Putinin heç bir şərt olmadan sülh üçün danışıqlar masasına oturması lazımdır. Biz ultimatum vermişik, bunu davam etdirməyə hazır olmalıyıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.