Məşhur kolumbiyalı müğənni Şakira, Meksikanın Kabo şəhərində istirahət edərkən görüntülənib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 48 yaşlı müğənni, çəhrayı bikinisi ilə meditasiya edərkən kameralara tuş gəlib. İki uşaq anası olan Şakira hazırda dünya turundan qısa bir fasilə götürüb.
Sənətçi 23 avqustda Monterrey, Nuevo Leonda səhnəyə çıxacaq. Tur, bilet satışı və gəlirləri baxımından 2025-ci ilin indiyədək ən böyük qadın turnesi hesab olunur və Beyoncé ilə Lady Gaga-nı geridə qoyur.
Konsert, Şakiranın süni intellektlə yaradılmış bir versiyasının - bir qolu əksik halda qum yığınının içindən çıxması ilə başlayan film səhnəsi ilə açılır. Bu, onun son illərdəki çətin şəxsi həyatına bir göndərişdir.
2023-cü ilin noyabrında müğənni ödənməmiş vergi borcu ilə bağlı açılan məhkəmə işini həll edib və həmin il 11 illik münasibətdən sonra keçmiş futbolçu Gerard Pikeylə yollarını ayırıb.
Şakiranın makiyajsız fotolarında üzünün qırışdığı, yaşın öz sözünü dediyi aşkarcasına hiss olunub. Sevənləri fotonu müxtəlif cür qiymətləndirib. Bəziləri üzüldüklərini dilə gətirib, digərləri isə hər nə olur olsun Şakiranın onlar üçün əbədi gözəl qalacağını ifadə ediblər.
Lalə Qüdrətova
Milli.Az