Ölkə

ADY-nin Müşahidə Şurasının tərkibi dəyişdi - Yeni təyinatlar

22 Avqust 2025 12:58
Baxış: 429
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Müşahidə Şurasında dəyişiklik edilib.

ADY-dən Milli.Az-a bildirilib ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) icraçı direktoru Şahin Babayev, onun müavini Vüqar Mirzəzadə, eləcə də "AZCON Holding"in baş maliyyə inzibatçısı Taylan Tekeli Şuranın üzvləri təyin olunub.

İndiyə qədər Şuranın üzvləri Azərbaycanm İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov, Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəis müavini Cəfər Babayev idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.