Sosial şəbəkələrdə dəbdəbəli həyatı ilə tanınan keçmiş model Diana Əhədpurun başqa kişi ilə videosu yayılıb.
Milli.Az xəbər verir ki, "TikTok"da yayılan və Parisdə çəkildiyi bildirilən görüntülərdə onun başqa bir kişi ilə əl-ələ gəzdiyi görünür. Cütlük "Rolls Royce" markalı avtomobildən enərək birlikdə şəhərdə gəzir. Kadrlara Monako və Fransada milyonçuların həyatını paylaşan "Pistons Brothers" səhifəsi tərəfindən yer verilib, lakin sonradan silinib.
Diana daha əvvəl bu kimi iddiaları təkzib edərək belə demişdi: "Boşanmıram. Haqqımda deyilənlərin yarısı doğrudur, yarısı uydurma".
Qeyd edək ki, o, BƏƏ-də yaşayır və iran əsilli biznesmen Manuçehr Əhədpurla rəsmi nikahdadır. Bir oğlu var.
Asya
Milli.Az