Azərbaycanda yeni şəlalə tapıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mayın 5-də və 6-da Şəkinin Şin kəndindən təxminən 7-8 km (hava xətti ilə) şimal-şərqdə yerləşən və əsas sel ocaqlarından biri olan Bırkaş (Salavat aşırımı ilə Böyük Qoruq dağları arasındakı ərazi) qolu və eyniadlı dərədə ekoloji monitorinq işləri aparılıb.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinin (REM) Ekoloji coğrafiya şöbəsinin rəhbəri, coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayev məlumat verib.
O qeyd edib ki, monitorinq işləri şöbənin əməkdaşı Elvin Qarayev tərəfindən aparılıb.
"Çay yatağındakı gətirmə konusların həcmi, suyun səviyyəsi və digər ölçmələr zamanı suyun səviyyəsinin yüksəldiyi və gətirmə konuslarının həcminin artdığı müəyyənləşdirilib.
Əməkdaşımız Böyük Qoruq dağının şimal yamacında baş verən səthi eroziya ilə bağlı tədqiqatlar apararkən sözügedən ərazidə (Şin kəndindən hava xətti ilə 7.3 km) heç bir elmi mənbədə qeyd olunmayan, dəniz səviyyəsindən 1 290 metr hündürlükdə yerləşən və koordinatları 41°23′24″ N, 47°10′51″ E olan yeni şəlalə qeydə aldığı barədə məlumat verib.
Hündürlüyü 18 metr, eni 1.05 metr olan şəlaləyə ətrafı boz qayalıq relyef olduğu üçün Elvin Qarayev tərəfindən "Boz qaya şəlaləsi" adı verilib", - deyə Q.Ağabalayev vurğulanıb.
Q.Ağabalayev onu da qeyd edib ki, şəlaləyə gedən yol çay yatağı boyu kanyonvari dərədən (hər iki tərəfində 2500-2700 metr hündürlükdə olan dağlar yerləşir) keçir, ətraf ərazilər zəngin meşə landşaftı ilə əhatə olunub.
"Sözügedən şəlalənin suyundan nümunə götürülərək Şəki REM-də laborator şəraitdə yoxlamalar aparılıb və tərkibində 18.9° C temperaturda hidrogen göstəricisinin 8.36 pH olduğu müəyyənləşib.
Bütün bunları nəzərə alaraq minerallarla zəngin içməli suyun və rəngarəng meşə landşaftının mövcud olduğu bu ərazinin yüksək turizm potensialına malik olduğunu rahatlıqla söyləmək mümkündür", - deyə Q.Ağabalayev bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dişini fırçalamır, qolaltı spreydən istifadə etmir: Ulduzların qəribə vərdişləri
-
"Kim belə fikir çatdırırsa, yalandır" - Aysel Əlizadə
-
Britni Spirs oğulları ilə bir araya gəldi - (Foto)
-
“Həmin vaxt 5 qadınla görüşürdüm, ona görə hamısından ayrıldım” - Maykl Duqlas - (Foto)
-
Astarada sitrus bağları susuz qalıb - (Video)
-
Melike Şahin ana oldu - (Foto)
XƏBƏR LENTİ
-
Dişini fırçalamır, qolaltı spreydən istifadə etmir: Ulduzların qəribə vərdişləri
-
Münasibətlərdə “2:2:2” qaydası - Bir-birinizə vaxt ayırmağın sadə yolu
-
"Kim belə fikir çatdırırsa, yalandır" - Aysel Əlizadə
-
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
-
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
-
Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər
-
Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
-
Britni Spirs oğulları ilə bir araya gəldi - (Foto)
-
Günün qoroskopu: Peşəkar sahədə sizi parlaq gün gözləyir
-
“Həmin vaxt 5 qadınla görüşürdüm, ona görə hamısından ayrıldım” - Maykl Duqlas - (Foto)
-
Astarada sitrus bağları susuz qalıb - (Video)
-
Panamada 7,6 ballıq zəlzələ oldu - dərslər dayandırıldı - Yenilənib - (Video)
-
Tramp Putinlə Rusiyanın dizel yanacağı barədə razılığa gəlib
-
Ronaldo mill düşərgəsindən ayrıldıqdan sonra cəzalandırılıb
-
Çin avtomobillərinin idxalında kəskin eniş: Yeni məhdudiyyətlər alıcılara necə təsir edəcək? - (Video)
-
“Oyunlarımızı təxirə salmağa ehtiyac yoxdur” - Dambrauskas
-
Melike Şahin ana oldu - (Foto)
-
Türkiyə və Azərbaycan arasındakı münasibətləri hədəf alan paylaşımlar dezinformasiya kimi qiymətləndirilib
-
Xətaidə yenidən sürüşmə təhlükəsi yaranıb - (Video)
-
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
-
Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı
-
Oğlu buna görə Fatimə ilə yaşamır
-
61 yaşlı qadın 5 saat plank vəziyyətində dayanaraq rekord qırdı
-
Azərbaycan və Litva muzeylər arasında əməkdaşlıq memorandumları imzalanıb





