Ölkə

Bakının bu qəsəbəsi ilanların hücumuna məruz qaldı - VİDEO

16 May 2025 18:39
Baxış: 1 885
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə gün əvvəl, Bakı şəhəri Xətai rayonu Gəncə prospektində avtomobillərin mühərrik hissəsinə ilan girdiyi barədə məlumat yayılmışdı.

Milli.Az xəbər verir ki, bu dəfə Əhmədlidə oxşar hadisə qeydə alınıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, həyət evlərindən birinə uzunluğu 1 metrdək olan ağ rəngli ilan girib.

Bildirilir ki, o, avtomobilin altında gizlənib. Hətta ev sahibi fərqli qurumlarla əlaqə saxlasa da, heç biri məsuliyyəti öhdəsinə götürməyib.

Mütəxəssislərin sözlərinə görə, sözügedən problem şəhərdə əhalinin sıxlığından qaynaqlanır. İddia edilir ki, müxtəlif yerlərdə aparılan tikinti işləri ilanların öz yuvalarından çıxaraq, necə deyərlər, miqrasiya etməsinə səbəb olur.

Bu proses təkcə Bakıda deyil, bölgələrdə də müşahidə edilir.

Digərləri isə ilanların üzə çıxmasını mövsüm dəyişikliyi ilə əlaqələndirir. Belə ki, may və iyunun ortalarına qədər sürünənlər yem axtarmaq üçün qışlama yerlərindən çıxıb ətraf ərazilərə səpələnirlər. Bu, ilanların ən aktiv dövrü hesab olunur. (Globalinfo.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.