Kişiləri ilk görüşdə valeh edən 10 ƏTİR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ətir seçimi sadəcə qoxu deyil. Bu, əhval-ruhiyyə, ilk təəssürat və ətrafınızda yaratdığınız sehrdir. Xüsusilə də görüş zamanı. Doğru seçilmiş bir ətir sözlərdən daha çox danışa bilər.
Milli.Az romantik görüşlər üçün ən yaxşı hesab edilən 10 qadın ətirini təqdim edir:
1. Yves Saint Laurent - Mon Paris
Sevginin ehtirasına təslim olmaqdan çəkinməyin. Yumşaq qucaqlaması ilə sizi əhatə edərək duyğularınızı eyforiya ilə dolduracaq. Yves Saint Laurent Mon Paris qadın üçün nəzərdə tutulmuş inanılmaz parfüm sularından biridir və dünyanın ən romantik şəhəri - Paris fonunda baş verən gözəl anın simvoludur.
Çiçəkli və meyvəli notlar sizə şən əhval bəxş edəcək.
2. Dior - Miss Dior
Miss Dior parfüm suyu yeni bir aromatla özünü təqdim edir. 1947-ci ildə yaranmış bu ətir, qadınları valeh etmək və onları yeni sevgiyə açmaq arzusu ilə yaradılmışdır. Müharibədən sonra Avropaya yeni xoşbəxtlik, poeziya və harmoniya gətirmişdir. Miss Dior bizi sevginin sehrinə çağırır.
3. Byredo - Gypsy Water
Gypsy Water kompozisiyası Byredo brendinin incilərindən biridir. 2008-ci ildə buraxılmış və zəngin çalarları ilə valeh edən bu ətir, rəngarəng çingənə mədəniyyətindən ilham alıb. Zərif və heyrətamiz bir aromatdır.
4. Maison Francis Kurkdjian - Baccarat Rouge 540
Qadınların sevimli ətridir. Baccarat Rouge 540 - həm kişilər, həm də qadınlar üçün nəzərdə tutulmuş, bənzərsiz şərq çiçəkli bir ətirdir. Yasəmin və zəfəranın havadar notları, təzə kəsilmiş sidr ağacının odunsu tonları ilə birləşir və çox dəqiq bir kompozisiya yaradır.
5. Tom Ford - Lost Cherry
Şirəli. Cazibədar. Hədsiz. Qara albalı və likörlə dolu bu ətir, badam və türk gülü ilə tamamlanır. Zəngin çiçəkli notlar hissləri coşdurur və heyranedicidir.
6. Armani - My Way Nectar
2024-cü ildə yaradılan bu qadın ətiri azad qadınlıq ideyasından ilham alıb. Ətir incə, yumşaq və təravətli xarakteri ilə seçilir. Flakon isə şəffaf və çəhrayı daş qapağı ilə diqqət çəkir.
7. Vilhelm Parfumerie - Mango Skin Eau De Parfum
2018-ci ildə təqdim edilən bu çiçəkli-meşə meyvəli ətir, Cənubi Afrikanın vəhşi təbiətinə, parlaq rənglərinə və macəra ruhuna qərq edir. Görüşlər üçün çox enerjili və cazibədar seçimdir.
8. Guerlain - Aqua Allegoria Pamplelune
Qreypfrutun canlı təravəti ilə dolu enerjili bir parfüm kokteylidir. Qara qarağat tumurcuqları və nerolinin acı-çiçəkli çalarları ilə zənginləşdirilmişdir. Paçuli və vanil notları ilə balanslaşdırılmış bazaya malikdir.
9. Erotika Minimale - New Notes
Bu ətir adının özünü doğruldur. Zərif cazibənin gücünü ifadə edən, afrodizyak təsirli bir kompozisiyadır. Koriander və darçın ədviyyat notları ilə başlayır, ardından gül, geranium, yasəmin və iris çiçək notları gəlir. Sonunda paçuli, ambra, vanil və müşk notları ilə zənginləşir.
10. Tiffany&Co - Intense
Çiçək dəstəsinin incə bir buketidir. Rəngli armud, mandarin və çəhrayı istiotun üst notları ilə başlayır, ürəyində isə gül, iris və yasəminin zərifliyi duyulur. Ambra, benzoik qatran, kaşmeran və şirin vanil şleyfi ilə tamamlanır.
Zarkoperfume - Pink Molecule 090.09
Bu niş parfüm ətir ənənələrinə meydan oxuyur. Tərkibindəki "çəhrayı molekul" notları ilə parlaq və çoxölçülü bir kompozisiya yaradır. Buzov çiçəyi, parıldayan şampan, şirəli ərik və sirli qara orkide harmonik bir bütövlük təşkil edir. /Lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mətbəx pulu ilə işə başladı: İndi 40-dan çox qadını işlə təmin edir - (Foto)
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - (Video)
-
Sərnişinlər uçuşdan sonra niyə xəstələnirlər?
-
2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
-
Balıq bazarıda bahalaşma var - (Video)
-
Günün qoroskopu: Böyük məbləğdə nağd pul xərci proqnozlaşdırılır
XƏBƏR LENTİ
-
Mətbəx pulu ilə işə başladı: İndi 40-dan çox qadını işlə təmin edir - (Foto)
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - (Video)
-
63 yaşlı Aydan Şenerdən estetik etirafı: İllərə meydan oxumasının sirri - (Foto)
-
Sərnişinlər uçuşdan sonra niyə xəstələnirlər?
-
Yolda tapdığı qara daş həyatını dəyişdi: Fermer ev və maşın aldı
-
2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
-
Türkiyədə holdinq sahibi həbs olundu
-
Balıq bazarıda bahalaşma var - (Video)
-
Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
-
“Hörmüz tamamilə bağlıdır və nəzarətimizdədir” - Əli Abdullahi
-
Günün qoroskopu: Böyük məbləğdə nağd pul xərci proqnozlaşdırılır
-
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür
-
Mayk Tayson İstanbulda seriala çəkilir
-
Bakının bu ərazilərində ucuz mənzillər satılır - (Video)
-
Azərbaycan və UNESCO arasında əməkdaşlıq məsələləri müzakirə olunub - (Foto)
-
Anasını qətlə yetirən 22 yaşlı gəncə hökm oxundu
-
35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - (Video)
-
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
-
Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olublar - (Foto)
-
“Təbrik” şadlıq sarayının qarşısında kütləvi dava baş verib - Yenilənib - (Video)
-
Səhiyyədə ən yüksək əlavə ödəniş alanlar kimlərdir? – Qanunvericilikdəki qərar
-
Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb
-
Leyla Əliyeva və Alyona Əliyeva Xınıslı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - (Foto)





