Vatikan Roma Papası İohan 2-ci Paveli şərəfləndirdi
1 May 2011 23:39
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, Vatikanda Roma Papası İohan 2-ci Pavelin şərəfləndirilməsi mərasimi keçirilib.
Beatifikasiya adlanan mərasimi hazırkı Papa 16-cı Benedikt icra edib.
Bu hadisə ilə əlqadar 1 milyondan artıq insan Vatikandakı Müqəddəs Pyotr Meydanına və ətraf küçələrə toplaşıb.
Öz çıxışında Roma Papası Benedikt deyib ki, 2-ci Pavel Xristianlığın həqiqi simasını bərpa edən şəxsdir.
Katolik Kilsəsinin qaydalarına görə beatifikasiya və ya şərəfləndirmə mümkün müqəddəsləşdirməyə gedən sonuncu pillədir.
İtaliya paytaxtı Romada polis təhlükəsizlik tədbirlərini gücləndirib.
Şərəfləndirmə mərasiminə 16 dövlət başçısı, 8 baş nazir və Avropanın 5 kral ailəsi dəvət olunmuşdu.
Roma Papası İohan 2-ci Pavelin 27 illik hakimiyyəti dövründə katolik kilsələri bağlı uşaqlara qarşı cinsi təcavüz kimi bir sıra xoşagəlməz hallar baş vermişdi.
Bununla belə, Roma Papası Benedikt şərəfləndirmə üçün lazım olan beş il müddətini istisna qaydasında qısaldıb.
Müqəddəs Pyotr Meydanına yığılanlar Benediktin çıxışını "Santo Subito" - yəni "Dərhal Müqəddəsləşdirin" şüarları ilə müşaiyət edirdilər.
Mərasim bütün dünya boyunca canlı videoxətlə katolik kilsələrində nümayiş etdirilib.
Beatifikasiyanın icrası üçün Pavelin sümükləri məzarından götürülüb və xüsusi tabutda Müqəddəs Pyotr Məbədinin içərisində yerləşdirilib.
Kütləvi ibadət zamanı Benedikt içində İohan Pavelin qanı olan gümüş rakanı nümayiş etdirib.
Bu, şərəfləndirmə mərasiminin alınmaz tərkib hissəsidir.
Milli.Az