Dünya

İlin yaxşıları seçildi - FOTO

19 Aprel 2011 20:08
Baxış: 205
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "USA Today"a istinadən bildirir ki, ABŞ-dakı "ProPublica" qeyri-kommersiya xəbər saytı ikinci dəfə Pulitser mükafatına layiq görülüb.

Ötən il sayt Yeni Orlean xəstəxanası və "Katrina" qasırğasının fəsadları barədə reportaja görə mükafat almışdı. Sayt həmin reportajı "New York Times Magazine"ə də vermişdi.
Bu dəfə Cessi Ayzinger və Ceyk Bernstayn Uoll-Stritdəki maliyyə fırıldaqlarının qlobal iqtisadi böhranda oynadığı rolun araşdırılmasına görə mükafat alıblar.
Maraqlıdır ki, "rəqəmsal qələbə" qəzetlər arasında ən nüfuzlu olan "National Reporting" nominasiyasında əldə olunub..

Barbara Devidsonun "Çovuyan güllələr" fotosessiyası 2011-ci ilin Pulitser mükafatına layiq görülüb. Seriya Los-Anceles küçələrində banditlərin atəşi altına düşən insanlara həsr olunub.

Təbii ki, Birləşmiş Ştatların ən nüfuzlu jurnalist mükafatı qəzet və jurnallardan yan keçə bilməzdi. "New York Times"ın əməkdaşları Klifford Levi və Ellen Barri Rusiyadakı məhkəmə sistemi barədə reportajlarla yazılara görə "Beynəlxalq reportaj" nominasiyasında qalib gəliblər.

Həmin qəzetin əməkdaşı Devid Leonhardt ən yaxşı şərhçi sayılıb.
"Los Angeles Times" iki mükafat alıb. Qəzet Kaliforniya ştatındakı kiçik şəhərlərdən birindəki korrupsiya barədə reportaja və ən yaxşı bədii fotolara görə Pulitser mükafatı alıb.
"Washington Post" ən yaxşı reportaj fotoları, "Wall Street Journal"dan Cozef Reyqo ən yaxşı redaksiya məqaləsi, "Boston Globe"un əməkdaşı Sebastyan Smi isə ən yaxşı tənqidi yazıya görə Pulitserə layiq biliniblər.

Kerol Qazi, Nikki Kan və Rikki Karioti Haitidəki zəlzələ barədə fotolara görə ən yaxşı fotoreportyor sayılıblar.

ABŞ-ın ən məşhur jurnalistləri və Kolumbiya Universitetinin təmsilçilərinin daxil olduğu Pulitser Şurası ədəbiyyat, teatr və musiqi sahəsində də mükafatlar verib.

"Draqun eskadronunun səfəri" kitabına görə Cennifer İqan "Bədii ədəbiyyat", "Klayborn Park" pyesinə görə Bryus Norris "Ən yaxşı dramaturgiya" nominasiyasında qalib gəlib.

Erik Foner "Atəşin tələ: Avraam Linkoln və Amerika köləliyi" kitabına görə "İlin tarixçisi", Ron Çernov "Vaşinqton: Həyat" əsərinə görə "İlin bioqrafı" adlandırılıb.

Key Rayan "Ən yaxşılar: Yeni və seçilmiş şeirlər"ə görə "Ən yaxşı şeir", Siddhartha Mukerci isə "Bütün xəstəliklərin imperatoru: xərçəngin tarixçəsi" kitabına görə "Ən yaxşı elmi monoqrafiya" nominasiyasının qalibləridir.

Milli.Az





Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.