Dünya

Tanınmış aktyor həbs edildi – FOTO

13 Aprel 2011 10:46
Baxış: 209
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalının "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, əvvəllər də altı dəfə içkili vəziyyətdə avtomobil idarə etdiyi aşkarlanan və sürücülük hüququndan məhrum edilən aktyor ötən axşam yenə sərxoş halda sükan arxasına keçib və başqa bir maşını arxadan vurub. İlyas Salman hadisə yerindən uzaqlaşsa da, 2 kilometrdən sonra saxlanılıb.

Tibbi müayinə zamanı İlyas Salmanın 240 promil alkoqol qəbul etdiyi müəyyən edilib. Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən aktyor ötən gecəni polis bölməsində keçirib. Onun bu gün prokurorluğa aparılacağı və müvafiq qərar qəbul ediləcəyi gözlənilir.

Milli.Az













Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.