Dünya

Bələdiyyə sədrliyinə namizəd küçə qadını çıxdı

5 Aprel 2011 21:39
Baxış: 171
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Le Monde"yə istinadən bildirir ki, Fransada Mari Le Penin lider olduğu ifrat sağçı Milli Cəbhənin (FN) martın 20 və 27-də keçiriləcək kantonal (bələdiyyə) seçkilərindəki namizədlərindən birinin "eskort qız", yəni fahişə olduğu məlum olub.

Ölkənin şimalındakı Kudeker-Branş şəhərinin bələdiyyə sədri postuna namizəd kimi qeydə alınaraq sənədlərdə özünü "universitetin ədəbiyyat fakultəsinin tələbəsi" kimi göstərən Sandra Kazın əslində Britaniyanın Uels vilayətində və Belçikada qeydiyyatdan keçmiş "eskort qızlar" saytında adı çəkilir.

"Phare Dunkerquois" adlı əyalət qəzetinin yazdığına görə, bələdiyyə sədrinə namizəd olan bu qadın əslində "Anqun" adı ilə fahişəlik edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.