Dünya

Daha bir "dövlət" yarandı

4 Aprel 2011 13:17
Baxış: 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Əl Ərəbiyyə"yə istinadən bildirir ki, dünyada yeni "dövlət" yaradılıb.
İllərdən bəri davam edən vətəndaş müharibəsi nəticsində viran qalmış Somalinin cənub və şərq bölgələrində "Somalilend" ilə "Puntlend" kimi separatçı, heç bir ölkənin tanımadığı "dövlət"lər öz "müstəqillik"lərini elan edəndən sonra bu dəfə Keniya ilə sərhəddə 21 kəndi birləşdirən ərazidə "Azaniya" adlı "dövlət"in yaradıldığını bəyan edilib.

Qonşu Keniyanın paytaxtı Nayrobidə çıxış edərkən "Azaniya"nın "prezident"i Məhəmməd Əbdi Qandi bildirib ki, Somalinin qərbində bir neçə vilayətə nəzarət edən "Əş Şəbab" islamçı hərəkatına müharibə elan edir.

"Əş Şəbab" hazırda Somalinin mərkəzi və cənubundakı əyalətlərlə yanaşı, paytaxt Moqadişonun da böyük hissəsinə nəzarət edir.

Ümumiyyətlə isə, Somalidə hazırda 14 "dövlət" var ki, onların arasıda ən böyüyü ölkənin şimal-qərbindəki "Somalilend"dir. 1991-ci ildə "dövlət müstəqilliyi"nim elan etmiş Somalilenddə "ordu", polis və hətta valyuta da var.

Şərqdəki "Puntlend" isə 1988-ci ilin avqustunda "dövlət" olduğunu bəyan edib.

Somalilend və Puntlend bu gün səhər bəyan ediblər ki, Azaniyanın "dövlət müstəqilliyi"ni rəsmən tanıyır, dəstəkləyirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.