Dünya

Ər hamilə arvadına 8 bıçaq zərbəsi vurdu

2 Aprel 2011 17:53
Baxış: 129
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Рaberturk"ə istinadən bildirir ki, Türkiyənin Kocaeli şəhərinin Kartepe mahalında əri tərəfindən 8 yerindən bıçaqlanan hamilə qadının qeysəriyyə əməliyyatı ilə doğulan körpəsinin topuğu bıçaq xəsarətinə görə kəsilib.

Polisin verdiyi məlumata görə, əri Cenk Ali ilə arvadı Tuğba dalaşmağa başlayıblar. Davanın şiddətləndiyini görən əri Cenk Ali bıçaqla hamilə arvadа bıçaqla 8 zərbə endirib. Xəstəxanaya çatdırılan qadın körpəsini qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib. Uşağın vəziyyəti yaxşı olsa da topuğundakı kəsiklər tibb işçilərinin diqqətindən yayınmayıb.

Həkimlər körpənin ayağındakı kəsikləri bir müddət sonra plastik əməliyyatla bağlayacaqları bildiriblər. Ana Tubanın isə həyati vəziyyəti kritikdir.
Əri Cenk Ali isə polislər tərəfindən həbs edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.