Santa-Klaus kimdir? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni ili qarşılamağımıza sayılı günlər qalıb. Yeni il deyəndə ağıla ilk gələn fikir məhz Şaxta baba olur. Müxtəlif ölkələrdə bu ağsaçlı, ağsaqqallı baba müxtəlif cür adlandırılsa da, hamının sevimlisidir. Bir çox insanları bu obrazın yaranma tarixi maraqlandırır. Adətən Şaxta baba və Santa-Klaus eyniləşdirilir. Azərbaycanda Şaxta baba, Rusiyada Ded Moroz, Türkiyədə Noel baba, Amerika və İngiltərədə Santa-Klaus kimi tanınan bu xeyirxah şəxs dünyanın hər yerində eyni statusla çıxış edir və hər kəsə sevinc bəxş edir.Müxtəlif ölkələrdə bu ağsaçlı, ağsaqqallı baba müxtəlif cür adlandırılsa da, hamının sevimlisidir
Anspress xəbər verir ki, Santa-Klaus və ya Milad baba Şimali Amerika qəhrəmanıdır. Mənbələrdə o, Yeni ilin səxavətli elçisi adlandırılır. Müqəddəs Klausun vətəni Laplandiyadır. Mənşəyinə görə, Santa-Klaus kasıb və çoxuşaqlı ailələrə gizli hədiyyələr verərək yardım göstərib. Klausdan sonra bu ənənə Avropa ölkələrində də davam edir və avropalılar Milad ərəfəsində uşaqlara hədiyyələr almağa başlayırlar.
Şimali Amerika ədəbiyyatında və təsviri sənətində Santa-Klaus öz ağ saqqalı, qırmızı kürküylə 8 maral qoşulmuş arabasında Milad gecəsi peyda olur.
Onun maralların adları da var və təsadüfi seçilməyib. Maralların Çevik, Rəqqas, İldırım kimi adları onların əsas xüsusiyyətlərini daşıyır. Amerikan folkloruna görə isə, bu maralların başçısı Rodolf adlı qırmızı burnu ilə seçilən güclü maraldır.
Santa-Klaus sobaların borusundan evlərə daxil olur. Sobanın yanından asılmış corabların içinə uşaqlar üçün hədiyyələr qoyur. Böyük və ya kiçikliyindən asılı olmayaraq yeni ildə alınan bu hədiyyələr ona inananların ürəyincə olur.
Əfsanəyə görə, Santa-Klaus heç də bütün uşaqlara hədiyyə vermir. İl ərzində özünü pis aparan, nadinc uşaqlar Milad günü qorxunc bədheybət olan krampusla qarşılaşırlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
Andrey Plenkoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub - FOTO
-
Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb - FOTO
-
“Bu son videom olacaq”
-
Bu imtahanda 300 bal olmadı
-
Yeni direktor icra başçısının qardaşı imiş
-
Mahir Emreliyə bu ölkədən təklif var
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər - FOTO
-
Aşığın maşını yanıb külə döndü - VİDEO
-
"Kəpəz"in bıçaqlanan futbolçusu klubunu dəyişir
-
Gi Parmelin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
"Uzak Şehir"də sürpriz ayrılıq
-
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
-
İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub
-
Bakıya şiddətli dolu düşməsinin səbəbi AÇIQLANDI
-
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb - FOTO
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar - FOTO
-
Sığorta şirkətlərinin açıq sığorta modeli tətbiq ediləcək
-
Bulvarda gənc qıza qarşı zorakılıq edən şəxs həbs olundu - VİDEO
-
İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər - FOTO
-
Paytaxta yağan dolunun ölçüsü məlum oldu
-
Makron Prezident İlham Əliyevi təbrik edib





