Yeni ili qarşılamağımıza sayılı günlər qalıb. Yeni il deyəndə ağıla ilk gələn fikir məhz Şaxta baba olur. Müxtəlif ölkələrdə bu ağsaçlı, ağsaqqallı baba müxtəlif cür adlandırılsa da, hamının sevimlisidir. Bir çox insanları bu obrazın yaranma tarixi maraqlandırır. Adətən Şaxta baba və Santa-Klaus eyniləşdirilir. Azərbaycanda Şaxta baba, Rusiyada Ded Moroz, Türkiyədə Noel baba, Amerika və İngiltərədə Santa-Klaus kimi tanınan bu xeyirxah şəxs dünyanın hər yerində eyni statusla çıxış edir və hər kəsə sevinc bəxş edir.Müxtəlif ölkələrdə bu ağsaçlı, ağsaqqallı baba müxtəlif cür adlandırılsa da, hamının sevimlisidir