Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qaranlıq, dünyanın sonu gəlir" deyənin sonu çatdı - ARAŞDIRMA
10 Noyabr 2012 11:50
0 Şərh
Baxış: 1 256
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün səhər yayılmış bəyanatda bildirilir ki, 2012-ci ildə dünyanın sonunun çatacağı və dünyaya böyük qaranlıq çökəcəyi barədə "NASA-ya xəbərdarlıq məktubu yollamış" lama ilə bağlı araşdırma aparılıb.
Lama buddizmdə kahinliyin ən üst səviyyəsidir.
Dünyanın sonunun çatacağı və Yerə böyük qaranlıq çökəcəyi ilə bağlı "məktub" İnternetdə ildırım sürətilə yayılmışdı və indi də yayılmaqdadır.
ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ünvanına xəbərdarlıq məktubu yollamış adamın Tibetin Kaylas şəhərinin yaxınlığındakı Qyandrek monastırının laması, "Şambala peyğəmbəri" olduğu deyilir.
Tibetin ən məşhur və nüfuzlu dini məbədlərinin yerləşdiyi Kadam, Keluq, Bon, Kaqyu, Nyinqma, Sakya, Conanq və Drukpa Kaqyu şəhərlərindəki monastırların rəhbərləri, habelə Menri, Yundruq Linq və Labraneq monastırlarının rəhbər kahinləri məktubla bağlı iddiaların yalan olduğunu bildiriblər.
Dalay Lamanın iqamətgahı sayılan Drepunq monastırının 14 kahini, Taşilunpo monastırının rəhbəri Pançen Lama, dünyaca məşhur Kumbum ibadətgahının yerləşdiyi məbədin baş kahini Pelkor Çyode və Yerpa monastırının baş kahininin imzaladığı birgə məktubda vurğulanır ki, Kaylasdakı Qyandrek monastırında "Şambala peyğəmbəri" adlı lama, yaxud da kahin olmayıb və yoxdur.
"Dünyanın sonunun çatacağı, yerə qaranlıq çökəcəyi barədə iddialar gülüncdür. Bunu yalnız Budda bilə bilər və hansısa adi insanın dünyanın sonu barədə məlumata malik olduğunu iddia etməsi yazıqlıq, əqli kasadlıq və mənhus hisslərin təzahüründən başqa heç nə deyil", - lamaların açıqlamasında bildirilir.
Onların sözlərinə görə, bu iddiaları Rusiya saytları ilə yanaşı, "Perequd" adlı sayt yerləşdirib və məhz bundan sonra xəbər internetdə ildırım sürətilə yayılmağa başlayıb.
Drepunq monastırının laması, Dalay Lamanın iqamətgahının "Müvəqqəti Xidmətçisi", dünyadakı buddistlər arasında hədsiz nüfuz və hörmət sahibi olan Lama Kirti Qompa Spituk Ramoçe isə deyib: "Dünyanın sonu barədə deyilənlər yalandır. Bundan sonra Yerə növbə ilə Buddanın hələ 1000 inkarnasiyası gələcək. Beşinci Budda təxminən 2500 il sonra zühur edəcək. Sonra bəşəriyyət hələ 995 Buddanı gözləməlidir. O yalançı lamanın axtarılması, tapılması və yanıma gətirilməsinə göstəriş verdim.
Məlum oldu ki, xəbərin istinad edildiyi adam Qyançarekdəki qoca bağbandır. O, artıq ölüm ayağındadır. Etiraf edib ki, hansısa jurnalistlə danışanda onu ələ salmaq fikrinə düşüb və dünyanın sonu ilə bağlı yalan danışıb, Şambaladan bəhs edib. Şambalanı Buddadan savayı kimsə görməyib, onun barəsində də Dalay Lamadan savayı kimsə danışa bilməz. O qoca bağban ağlayıb, günahının bağışlanmasını istəyib. Biz onu bağışladıq. Amma Budda onu bağışlayacaqmı?!
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Venesuelada güclü zəlzələ: 32 ölü, 700-dən çox yaralı - (Video)
-
"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
Zibilləri atmaq əvəzinə 20 mərtəbəli taxta göydələn tikdilər (Foto)
-
Dünyanın ən uzun gölü: Dörd ölkəni bir-birinə bağlayır
-
Kabinetdə çəkilən video İraqı ayağa qaldırdı: Rəhbər şəxslər vəzifələrindən uzaqlaşdırıldı (Foto)
-
İran ABŞ-yə və mənə böyük hörmət göstərir
XƏBƏR LENTİ
-
1998-ci il qanunu ləğv olunur: Balıqçılıq sahəsində yeni qaydalar
-
Bilgəhdə dənizdə batan gəncin meyiti tapıldı
-
Astarada 60 yaşlı kişi mağazada öldü
-
Venesuelada güclü zəlzələ: 32 ölü, 700-dən çox yaralı - (Video)
-
Dənizdə batan 4 gəncdən sonuncusunun da meyiti tapıldı - (Foto)
-
Bu gün işdən tez çıxa biləcəksiniz
-
Bakının mərkəzində minik avtomobili alışdı - (Video)
-
"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
-
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günündə iştirak edib - (Foto)
-
Kredit götürmək istəyənlərə vacib xəbər: Qaydalar dəyişir
-
Neft qiymətləri ucuzlaşıb
-
Zibilləri atmaq əvəzinə 20 mərtəbəli taxta göydələn tikdilər (Foto)
-
Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 bürc
-
Qatıqlı keks resepti
-
Dondurmanı buzluğa qoyanda üstündə niyə buz kristalları yaranır?
-
Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
-
Dana jambonlu sendviç resepti
-
“Bu səhvim məni 700 baldan ayırdı” - Aysu Əliyeva
-
Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Dünyanın ən uzun gölü: Dörd ölkəni bir-birinə bağlayır
-
Bu gün Aşuradır
-
Günün qoroskopu: Özünüzə olan inamınız bu gün zirvədədir
-
Anderson Premyer Liqanın ən bahalı transferi ola bilər