"Super El Nino" gəlir: Rekord isti xəbərdarlığı edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alimlər 2026-cı ildə Sakit okeanda çox güclü bir El Nino hadisəsinin baş verə biləcəyini açıqlayıblar. Bu hadisə qlobal temperaturları kəskin artıra, ekstremal hava hadisələri və quraqlıq riskini yüksəldə bilər.
Milli.Az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) iyun-avqust ayları arasında Sakit okeanda suyun temperaturunun normaldan çox yüksələcəyi barədə xəbərdarlıq edib. Bu hadisənin baş vermə ehtimalı hazırda 62% ətrafındadır.
Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) modellərinə görə:
- Orta şiddətli El Nino ehtimalı: 98%
- Güclü El Nino ehtimalı: 80%
- Nadir görülən "Süper El Nino" ehtimalı: 22%
ENSO Döngüsü: El Nino və La Nina nədir?
Normal şəraitdə küləklər isti suyu Cənubi Amerikadan Asiyaya doğru daşıyır. Bu zaman dərindəki soyuq su səthə çıxır. Lakin El Nino və La Nina bu balansı pozan zidd iqlim modelləridir və birlikdə ENSO (El Nino-Southern Oscillation) döngüsü adlanırlar.
La Nina (hazırkı vəziyyət): İsti su Asiya tərəfə axır. Bu, bəzi bölgələrdə quraqlıq, bəzilərində isə kəskin yağışlara səbəb olur.
El Nino: Küləklər zəifləyir, isti su yenidən qərbə - Amerika sahillərinə doğru hərəkət edir. Bu, Sakit okean səthində temperaturun ortalamadan 2°C-dən çox yüksəlməsinə səbəb olur ("Süper El Nino").
İsti suyun Sakit okeana qayıtması atmosfer axınlarını (jet stream) cənuba sürüşdürəcək. Bu isə aşağıdakı nəticələrə yol aça bilər:
İnsan amilli iqlim dəyişikliyi ilə birləşən bu hadisə, Paris Sazişində müəyyən edilmiş 1,5°C limitinin aşılmasına səbəb ola bilər.
ABŞ və Kanadanın şimalında kəskin istilər və quraqlıq, cənubda isə sel riskli yağışlar gözlənilir.
Ölkəmiz bu atmosfer hadisəsindən birbaşa təsirlənməsə də, qlobal iqlim dəyişikliyinin dolayı təsirləri hiss olunacaq. Bu, ekstremal hava şəraitinin (qəfil sellər, uzunmüddətli quraqlıq) artmasına, meşə yanğınlarına və kənd təsərrüfatında məhsuldarlığın azalmasına səbəb ola bilər.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu
-
"Yakışıklı Mısırcı" bir neçə saniyədə 21 min manatlıq hədiyyə qazandı
-
Ukraynada hərbi əməliyyatlar dayanacaq
-
Yunanıstan İsraildən 1 milyardlıq silah alır
-
Gürcüstan surroqat analığı qadağan edir
-
Rusiyanın yük gəmisi PUA hücumundan sonra yanır - Finlandiyada
XƏBƏR LENTİ
-
Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı
-
Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
-
İş günündən əvvəl hansı hərəkətlər faydalıdır?
-
Payızın 5 ətri: Vuranda hamı adını soruşacaq
-
Qaşlar yalnız gözəllik üçün deyil: Bu funksiyaları varmış
-
Piyada gəzməyin faydası
-
Nə daş kimi bərk, nə də şorba kimi sulu: İdeal südlü aş resepti
-
Yatmazdan əvvəl spirtli içki içmək faydalıdır, yoxsa zərərli?
-
Günün qoroskopu: Sosial ünsiyyətdə açıq və səmimi olun
-
Axşamı ailə ilə birlikdə necə əyləncəli keçirmək olar?
-
Telefonu güzgü qarşısına və hamama qoymayın: Radiasiyanı iki dəfə artırır
-
Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında iştirak edib - (Foto)
-
Tullantıdan sənət əsərləri yaradır - (Video)
-
Xaçmaz-Quba yolunda qəza - altı nəfər yaralandı
-
“Liverpul” “Mançester Yunayted”i darmadağın edib
-
İtaliya XİN rəhbərinin Azərbaycana rəsmi səfəri başlayıb
-
Qazax sakini Kürdə batdı
-
Elton Hüseynəliyevin qızı İngiltərədə yaşayır
-
Şəhid qardaşı ilə şəhid bacısı ailə qurdu - (Foto)
-
Premyer Liqada yeni tamaşaçı rekordu
-
"Barselona" "Vilyarreal"ı məğlub edib
-
Sabah Xəzər rayonunda qaz olmayacaq
-
Sevdiyini heç vaxt unutmayan 5 bürc
-
Mayli Sayrus ailə qurdu





