Dünya

Ukrayna sərhədyanı kəndlərdən mülki əhalini evakuasiya edir

21 Dekabr 2025 14:58
Baxış: 408
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Silahlı Qüvvələri Sumı vilayətində sərhədyanı kəndlərdə yaşayan sakinlərin təhlükəsiz ərazilərə təxliyəsinə başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Sumı vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov açıqlama verib. O, sərhədyanı kəndlərin sakinlərinin evakuasiyasını yeganə düzgün seçim adlandırıb.

Dekabrın 20-də Rusiya Ordusunun Krasnopolsk rayonunun sərhəddə yerləşən Qrabovsk kəndini nəzarətə götürməsi ilə əlaqədar 50-dən çox sakin Rusiyaya aparılıb. Onların əksəriyyəti yaşlı insanlardır, deportasiya olunanlar arasında 89 yaşlı sakin də var. Bu şəxslərin çoxu əvvəllər Ukraynanın daxili ərazilərinə təxliyədən imtina etmişdi. Ukrayna hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı araşdırmalara başlayıb və Silahlı Qüvvələr məcburi deportasiyanı Cenevrə Konvensiyasının pozulması kimi qiymətləndirir.

Eyni zamanda, jurnalistlərin məlumatına görə, rus hərbi bölmələri Vısokiy və Ryasnoye kəndlərinə doğru hərəkət edir. Bu kəndlərdə də mülki əhalinin evakuasiyasına başlanılıb. Sumı vilayətində yerli hakimiyyət orqanları artıq 30 mindən çox insanın təhlükəsiz ərazilərə köçürülməsini təmin edib, lakin 5 min 700-ə yaxın şəxs, o cümlədən 38 uşaq təxliyədən imtina edib.

Ukrayna Silahlı Qüvvələri sərhədyanı ərazilərdə yaşayan sakinləri təhlükəsizliyini təmin etmək üçün evakuasiya prosesinə qatılmağa çağırır. Hazırda kəndlərdə vəziyyətin sabitləşdirilməsi üçün tədbirlər davam etdirilir.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.