Dünya

Rusiya Odessanı vurdu: Ölənlər və yaralılar var

20 Dekabr 2025 09:37
Baxış: 396
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Silahlı Qüvvələri Odessa vilayətində yerləşən liman infrastrukturuna genişmiqyaslı hava zərbələri endirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper teleqram hesabında məlumat yayıb. 

O qeyd edib ki, hücum nəticəsində 7 nəfər həyatını itirib, 15 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

O.Kiperin sözlərinə görə, hücum Odessa rayonundakı liman obyektinə ballistik raketlərlə həyata keçirilib. Zərbə nəticəsində dayanacaq ərazisində olan yük avtomobilləri yanaraq yararsız hala düşüb:

"Yaralılara tibbi müəssisələrdə zəruri yardım göstərilir. Hava həyəcanı siqnallarının tez-tez səslənməsi təcili yardım və xilasetmə xidmətlərinin fəaliyyətini çətinləşdirir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.