Fransada gündəlik gəzintiyə çıxan bir şəxs təsadüfən böyük sərvətin sahibi olub. Onun ayağına ilişən və əvvəlcə adi daş kimi görünən qaya parçası əslində nadir meteorit imiş.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin apardığı təhlillərdən sonra məlum olub ki, daş Yerdən deyil, min illər əvvəl kosmosdan düşüb. Onun tərkibində qiymətli metallar yüksək miqdarda olduğundan bazar dəyəri təxminən 6 milyon lirə olaraq qiymətləndirilib.
Gəzinti zamanı parlaq səthi və xüsusi teksturası ilə diqqət çəkən daş, sahibini heyrətə salıb. Araşdırmalar isə onu "göydən düşən sərvət"ə çevirib.
Beləliklə, təsadüfən ayağına ilişən meteorit həmin şəxsi bir anda milyonçu edib.
Milli.Az