Dünya

AEBA sabah İranla bağlı təcili iclas keçirəcək – Qrossi

22 İyun 2025 11:39
Baxış: 402
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurası sabah İran ətrafında yaranmış vəziyyətlə bağlı təcili iclas keçirəcək.

Milli.Az xəbər verir ki, bu barədə qurumun baş direktoru Rafael Qrossi açıqlama verib.

İclasın çağırılmasına səbəb kimi ABŞ tərəfindən İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən nüvə obyektlərinə endirilmiş zərbələr göstərilir.

Qeyd edək ki, Tehranın təşəbbüsü ilə çağırılan bu fövqəladə toplantıda AEBA-ya üzv dövlətlərin nümayəndələrinin iştirak edəcəyi gözlənilir. İran tərəfi hadisəni beynəlxalq hüququn pozuntusu kimi qiymətləndirərək məsələ ilə bağlı beynəlxalq səviyyədə təcili reaksiya tələb etmişdi.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.