Maraqlı

Çarəsizlik, özünə inamsızlıq... - İnsanlar falçılara niyə üz tutur?

22 İyun 2025 09:57
Baxış: 300
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son zamanlar falçı, ekstasenslər yanına gedənlərin sayı artıb. Hətta falçı yanına gedib, çoxlu məbləğdə qazandıqlarını itirənlər az deyil.

Milli.Az xəbər verir ki, psixoloq Aynur Əliyeva Hit.az-a sözlərinə görə, bu hadisələrin hamısı çarəsizlikdən və özünə inamsızlıqdan baş verir: 

"Sevgisinə qovuşmaq istəyən falçıya üz tutur. Belə insanlar özlərini təsdiq etmək üçün məhz bu yollara əl atırlar. Bu problemin kökündə dinin yanlış təbliğ edilməsinin, dini biliklərin zəif olması dayanır. Hər şey ailədən başlayır. Ailə övladında özünə güvən yaratsa, uşaq istənilən bir çətinliyin öhdəsindən gələr".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.