Sağlamlıq

Sovetin vaxtından qalan "yolka" oyuncaqlarını işlətməyin: Tərkibində radiasiya var

26 Dekabr 2025 05:05
Baxış: 350
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

SSRİ dövründən qalan bəzi vintaj şam ağacı oyuncaqlarının tərkibində radioaktiv maddələr ola biləcəyi bildirilir.

Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, XX əsrin ortalarına qədər istehsal olunan bu bəzəklərdə radium əsaslı boyalardan istifadə edilib.

Qaranlıqda parlayan bu oyuncaqlar qoruyucu örtüyə malik olmadığından, zamanla boya tökülə və radioaktiv hissəciklər ətrafa yayıla bilər. Xüsusilə uşaqlar üçün risk yaradan bu əşyaların evdə istifadə edilməsi tövsiyə olunmur.

Ekspertlər vətəndaşlara köhnə Yeni il oyuncaqlarını istifadə etməzdən əvvəl diqqətli olmağı, şübhəli vintaj əşyaları isə yaşayış məkanlarından uzaq saxlamağı məsləhət görürlər.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.