Türkiyə

Qalmaqallı veriliş qucaq kadrlarına görə cərimələndi, platformadan çıxarıldı - VİDEO

25 Dekabr 2025 20:52
Baxış: 671
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Radio və Televiziya Qurumu (RTÜK) "Aşkın Gücü" verilişində qadınlara qarşı istismar və təzyiqi təşviq edən məzmunlar aşkarlayıb.

Milli.Az xəbər verir ki, qurum verilişin yayımlandığı rəqəmsal platformaya cərimə tətbiq edib və proqramın platformanın kataloqundan çıxarılmasına qərar verib.

RTÜK bildirib ki, proqram qadınların qərar vermə prosesinə qarışılmasına mane olur, onları bədənin və emosiyaların obyekt kimi göstərildiyi vəziyyətə salır. Eyni zamanda qadınların davranışları tamaşaçılara müsbət kimi təqdim edilir.

Qurum bu addımı 6112 saylı Qanunun 8-ci maddəsini pozduğu üçün atıb. Qanuna görə, proqramlarda qadınlara qarşı istismar və təzyiqi təşviq edən məzmun ola bilməz.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.