Cəmiyyət

Bu tarixdə qısa iş günü olacaq

25 Dekabr 2025 17:21
Baxış: 1 964
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda 30 dekabr qısa iş günü olacaq.

Milli.Az xəbər verir ki, metbuat.az-ın məlumatına görə, 31 Dekabr tarixində ölkəmizdə Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd olunur.

Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günündən əvvəlki iş günü bir saat azaldılır.

Beləliklə, dövlət və özəl müəssisələrdə 30 dekabr (çərşənbə axşamı) iş vaxtı adi günlərə nisbətən bir saat daha az olacaq.

Qeyd edək ki, 1,2,3,4 yanvar tarixləri də qeyri-iş günləridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.