Ölkə

Azərbaycanda ən çox hansı ölkələrin tələbələri oxuyur?

22 İyun 2025 14:30
Baxış: 429
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2024-2025-ci tədris ilinin əvvəlində ölkənin ali təhsil müəssisələrində oxuyan xarici tələbələrin sayı artaraq 7472 nəfərə çatıb.

Trend Dövlət Statistika Komitəsinin "Azərbaycan rəqəmlərdə" adlı məcmuəsinə istinadən xəbər verir ki, 2022-2023-cü tədris ilində bu rəqəm 6223, 2023-2024-cü tədris ilində isə 6680 nəfər olub.

Məlumata əsasən, ən çox xarici tələbə Türkiyədən gəlir. Son tədris ilində Türkiyədən olan tələbələrin sayı 3477 nəfər təşkil edib. Ondan sonrakı yerləri İran (942 nəfər), Rusiya (794 nəfər), Hindistan (305 nəfər) və Suriya (148 nəfər) tutur.

Digər ölkələrdən gələn tələbələr arasında da artım müşahidə olunur. Məsələn, Özbəkistandan gələn tələbələrin sayı son üç ildə 20 nəfərdən 38 nəfərə yüksəlib. Eyni zamanda, 2024-2025-ci tədris ilində Gürcüstandan gələn 68, Əfqanıstandan 43, Nigeriyadan 94 nəfər tələbə ölkəmizdə ali təhsil alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.