İran

İran Parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul etdi

22 İyun 2025 17:52
Baxış: 675
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi hava zərbələrindən sonra İran parlamenti strateji əhəmiyyətli Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib.

Milli.Az xəbər verir ki, bu barədə "Əl Ərəbiyə" məlumat yayıb.

Məlumata görə, məsələnin icrası ilə bağlı yekun qərarı İranın Milli Təhlükəsizlik Şurası verəcək.

Xatırladaq ki, daha əvvəl SEPAH-ın Hərbi Dəniz Qüvvələri komandanı, kontr-admiral Əlirza Tanqsiri Hörmüz boğazının yaxın saatlarda bağlana biləcəyini açıqlamışdı.

Hörmüz boğazı dünya enerji ticarətinin əsas keçid nöqtələrindən biri hesab olunur. Onun bağlanması qlobal neft bazarında ciddi dalğalanmalara və bölgədə hərbi-siyasi gərginliyin daha da dərinləşməsinə səbəb ola bilər.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.