İran səhər saatlarında İsrailə qarşı həyata keçirilən hücumda ilk dəfə "Xeybar Şekan" orta mənzilli ballistik raketdən istifadə edib.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı İran İslam İnqilabı Keşikçiləri Korpusu yayıb.
Qeyd olunur ki, bu raket bərk yanacaqla işləyir və döyüş başlığı terminal mərhələdə hava hücumundan müdafiə sistemlərindən yayınmaq üçün manevr qabiliyyətinə malikdir. "Xeybar Şekan" raketinin uçuş radiusu 1450 kilometrə (təxminən 900 mil) çatır və bu məsafədəki hədəfləri dəqiq vurmaq imkanına sahibdir.
Bu raket ilk dəfə 2022-ci ildə İran İnqilabının 43-cü ildönümü münasibətilə keçirilən hərbi mərasimdə İranın yüksək rütbəli hərbi komandirlərinin iştirakı ilə nümayiş etdirilmişdi.
Kənan
Milli.Az