Dünya

İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb etdi

22 İyun 2025 10:34
Baxış: 579
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın İran ərazisinə endirdiyi hərbi zərbələr beynəlxalq hüquq və BMT Nizamnaməsinin ciddi şəkildə pozulmasıdır.

Bu fikirləri İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT Təhlükəsizlik Şurasının sədri və baş katibinə ünvanladığı rəsmi məktubda bildirib.

"ABŞ-ın İranın suverenliyi və ərazi bütövlüyünə qarşı həyata keçirdiyi hərbi təcavüz, beynəlxalq hüququn və BMT Nizamnaməsində təsbit olunmuş məcburi hüquqi normaların açıq şəkildə pozulmasıdır", - deyə İrəvani məktubda vurğulayıb.

Diplomat qeyd edib ki, bu vəhşi və qanunsuz hərbi əməliyyat beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhlükə yaradır. Bu səbəbdən İran İslam Respublikası BMT Təhlükəsizlik Şurasından yaranmış vəziyyəti təcili müzakirə etmək üçün fövqəladə iclas çağırmasını tələb edir.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.