Dünya

İran XİN: Nüvə obyektlərinə edilən hücumların uzunmüddətli təsirləri olacaq

22 İyun 2025 09:30
Baxış: 641
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin İsfahan, Nətənz və Fordo şəhərlərində yerləşən İranın mülki nüvə obyektlərinə hücum etməsi beynəlxalq hüququ və nüvə silahlarının yayılmasının qarşısını almaq rejimini pozmaqla yanaşı, nüvə infrastrukturunda uzunmüddətli zərərlərə səbəb olacaq.

Milli.Az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi sosial media hesabında məlumat verib.

"BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Amerika Birləşmiş Ştatları İranın dinc nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumla BMT Nizamnaməsini, beynəlxalq hüquq normalarını və Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsini ciddi şəkildə pozmuşdur. Bu səhər baş verən hadisələr dəhşətli nəticələr doğuracaq və uzunmüddətli təsirlərə malik olacaq", - deyə nazir qeyd edib.

O əlavə edib ki, BMT Nizamnaməsinə uyğun olaraq qanuni özünümüdafiə hüququna sahib olan İran, suverenliyini və milli maraqlarını qorumaq üçün hərəkət etmək hüququnu saxlayır.

Qeyd edək ki, əvvəlcə ABŞ Prezidenti Donald Tramp Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə uğurlu hücumların edildiyini açıqlamışdı.

Bundan sonra Qum ostanının administrasiyası "Fordo nüvə obyektinin ərazisinin" hücuma məruz qalmasını təsdiqləmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.