Dünya

İsrail Tehranda hərbi akademiyanı vurdu

18 İyun 2025 10:33
Baxış: 1 249
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

17 iyun gecəsi İsrail hərbi hava qüvvələri Tehranın yaxınlığında yerləşən mühüm hərbi obyektlərə hava zərbələri endirib.

Milli.Az İran mediasına istinadən xəbər verir ki, hücumlar Xucir raket istehsalı müəssisəsini və paytaxtın şərqində yerləşən İmam Hüseyn Hərbi Akademiyasını hədəf alıb. Hər iki obyekt İranın müdafiə sənayesi və hərbi təlim infrastrukturu baxımından strateji əhəmiyyət daşıyır.

Hadisə zamanı bölgədə güclü partlayışların baş verdiyi bildirilib. Lakin tələfat və dağıntılarla bağlı rəsmi məlumat verilməyib. İran tərəfi hadisəyə dair hələlik açıqlama yaymayıb.

Xatırladaq ki, İsrail və İran arasında gərginlik son günlərdə hərbi qarşıdurma səviyyəsinə yüksəlib. Tərəflərin qarşılıqlı hava və raket zərbələri regionda təhlükəsizlik risklərini daha da artırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.