Hadisə

Körpünün üstündə qəza - Sıxlıq yarandı - VİDEO

18 İyun 2025 11:55
Baxış: 734
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qəza baş verib.

Milli.Az DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, qəzaya səbəb sürücülərdən birinin düzgün ara məsafəsi saxlamaması və idarəetməni itirməsidir.

Qəza nəticəsində metronun "Koroğlu" və "20 Yanvar" stansiyaları istiqamətində sıxlıq yaranıb.

Hərəkət intensivliyini bərpa etmək üçün qısa müddət ərzində hadisə yerinə evakuator cəlb olunaraq, qəzada iştirak edən avtomobilin yoldan kənarlaşdırılması işləri görülüb.

Qəza anının görüntülərini təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.