Nardarandakı məşhur qayalıq satılır? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nardaran ərazisindəki qayalığın satışa çıxarılması ilə bağlı xəbərlər yayılıb.
Milli.Az xəbər verir ki, bununla əlaqədar Real TV süjet hazırlayıb.
Qeyd edilib ki, ölkəmizdə qayayadırmanma əraziləri çox azdır. Bunlardan biri də Nardaran ərazisində yerləşir. Yerli alpinistlər məhz bu təbiət abidəsinin əlverişli relyefinə görə qayalığa məşq etmək və yarışlara hazırlanmaq üçün üz tutur.
Satışla bağlı rəsmi elan paylaşılmasa da, bu xəbər vətəndaşları narahat edib.
İdmançı Leyla Əhmədova deyir ki, onlar bu ərazini qorumasalar, gələcəkdə bu idman növü inkişaf etməyəcək: "Biz qorxuruq ki, sabahı gün bizim imkanımız olmayacaq ki, gələk burada məşq edək. Nardarandakı qaya təbiətin bir hissəsidir, biz buranı necə sataq? Bura hər insan üçün əlçatan olmasa, insanlar buraya gəlməsə, ümumiyyətlə, problem olar".
Alpinizm Federasiyasının rəsmiləri də qayalığın satışa çıxarılmasını düzgün hesab etmir. Onlar vurğulayır ki, idmançılar təbii qayalıqlardan məhrum olunmamalıdır. Federasiya nümayəndələri, həmçinin bu narazılıqlarını lazımi qurumların diqqətinə də çatdırıb.
Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, hər hansı məqsəd üçün torpaq sahəsinin ayrılması və özəlləşdirilməsi RİH başçısının səlahiyyətləri daxilində deyil. Nardaran zirvəsinin zəbt olunması ilə bağlı yayılan iddialar isə şayiədir: "Yaşayış evləri, ticarət, məişət və s. obyektlərin tikintisi üçün nəzərdə tutulmayan torpaq sahələrinin zəbt edilməklə tikinti işlərinin aparılmasının qarşısının alınması istiqamətində nəzarət gücləndirilib. Bu sahədə Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qabaqlayıcı tədbirlər və monitorinqlər həyata keçirilir".
Qeyd edək ki, Nardarandakı qaya paytaxt ərazisində satışa çıxarılan ikinci təbiət abidəsidir. Digər qaya isə "Bakıxanov dağı" kimi tanınan "Kühül dağ"ıdır.
Daha ətraflı videomaterialda:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - (Foto)
-
“Obitus” filminin qala gecəsi Park Cinema Flame Towers kinoteatrında baş tutacaq
-
Əyyub Quliyevin rəhbərliyi ilə Dövlət Kamera Orkestrinin konserti keçirildi - (Foto)
-
Deputatlar üç gün toplaşacaq: Büdcə, pensiya və sosial ödənişlərlə bağlı qərarlar
-
Tovuzda hamilə qadın bıçaqlandı
-
ADY oktyabrda rekord sayda sərnişin daşıyıb
XƏBƏR LENTİ
-
Makron özünü gülünc duruma saldı - (Foto)
-
Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - (Foto)
-
“Obitus” filminin qala gecəsi Park Cinema Flame Towers kinoteatrında baş tutacaq
-
Əyyub Quliyevin rəhbərliyi ilə Dövlət Kamera Orkestrinin konserti keçirildi - (Foto)
-
Deputatlar üç gün toplaşacaq: Büdcə, pensiya və sosial ödənişlərlə bağlı qərarlar
-
Obitus filminin Qala Gecəsi Park Cinemada
-
Tovuzda hamilə qadın bıçaqlandı
-
ADY oktyabrda rekord sayda sərnişin daşıyıb
-
Əməkdar artist: "Elə bilirdilər ayaqlarım əyridir ki, uzun geyinirəm"
-
Külək güclənəcək - Xəbərdarlıq verildi
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Özcan Deniz Park Cinemaya gəlir!
-
Sofiyada “Azərbaycan Xalçaları Həftəsi” keçirilib: milli irsimiz Bolqarıstanda geniş şəkildə təqdim olunub - (Foto)
-
"Mingəçevir" komandası baş məşqçisi Elman Sultanovla yollarını ayırıb
-
Cəlil Məmmədquluzadənin “Kamança” pyesinin motivləri əsasında “Kamança 20/20” adlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
“Mançester Yunayted”in baş məşqçisi açıqlandı
-
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu oldu
-
Aysun yenicə əməliyyatdan çıxmış bacısı Yana ilə: "Sonra da deyirlər ki, küsülüyük” - (Video)
-
Azərbaycan XİN BƏƏ-də baş vermiş yol qəzası ilə bağlı başsağlığı verib
-
Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
-
Nurməhəmmədov həbs olundu: 81 min dollar cərimə...
-
Toraldan atmacalı sözlər
-
Polad Həşimovun anasının son durumu açıqlandı
-
Türkiyədə qadın 6 aylıq sevgilisinə 406 min manatlıq saat bağışladı - (Video)





