Dünya

Çindən ardıcıl olaraq yük təyyarələri havaya qalxdı - İrana göndərir ?

18 İyun 2025 11:24
Baxış: 1 135
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin İrana hava zərbələrindən dərhal sonra Çindən üç gün ardıcıl olaraq İrana istiqamətlənən yük təyyarələri havaya qalxıb. Uçuş planlarında son təyinat Lüksemburq göstərilsə də, təyyarələrin heç vaxt Avropa səmalarına çatmadığı bildirilib.

Milli.Az "The Telegraph" nəşrinə istinadla xəbər verir ki, radar izləmələri bu "Boeing 747" yük təyyarələrinin Çindən Qazaxıstan və Türkmənistan üzərindən İrana yaxınlaşdıqdan sonra siqnallarının kəsildiyini göstərir. Bu da uçuşların real istiqaməti və məqsədi barədə şübhələr doğurur.

Ekspertlər bildirir ki, bu tip təyyarələr adətən hərbi texnika və silah daşımalarında istifadə olunur. Çin tərəfi nə daşıdıqları ilə bağlı suallara cavab verməkdən yayınıb.

Çin və İran uzun illərdir strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlıq edir. Pekin üçün İran həm enerji baxımından vacib tədarükçü, həm də Yaxın Şərqdə ABŞ-ın təsirinə qarşı çıxan mühüm müttəfiqdir.

Bununla belə, Pekin İsrailin müttəfiqi olan ABŞ ilə münasibətləri nəzərə alaraq, birbaşa hərbi dəstək verdiyini rəsmi şəkildə etiraf etmir. Analitiklər qeyd edir ki, bu yardımlar kommersiya yükü adı altında gizlədilə bilər.

Çin əvvəllər də pilotsuz uçuş aparatları və raket texnologiyalarını kommersiya məhsulu kimi qeyd edərək müxtəlif bölgələrə göndərməkdə ittiham olunub. Bu dəfə də İsrail və ABŞ tərəfi ehtiyatlı davranaraq məsələnin diqqətlə izlənildiyini bildirir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.