Avtomobil almağa tələsməyin: Məlumat bazası yaradılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda avtomobillərlə bağlı vahid məlumat bazasının yaradılması planlaşdırılır. Yeni sistem maşının texniki vəziyyətindən tutmuş qəzalar və sığorta tariçəsinədək bütün məlumatları əhatə edəcək.
Bəs bu bazanın nə kimi üstünlükləri var?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı sığorta eksperti Emil Ağabağırov bildirib ki, bu baza həm sığorta, həm sürücülər, həm də nəzarət orqanları üçün vacib alət olacaq:
"Bu Vinkod sisteminin, yəni avtomobil bazasının yaradılmasının bir çox üstünlükləri olacaq. Hal-hazırda bununla bağlı beynəlxalq təcrübə proqramı araşdırılır, xüsusilə həm sürücülər üçün, həm də vətəndaşlar üçün bu bazanın yaradılması çox mühim portaldır. Vətəndaşlar artıq portala daxil olmaqla avtomobillə bağlı bütün məlumatları əldə edə biləcəklər. Hazırda dünya praktikası öyrənilir. Məlumat bazası həm fərdi alıcıları, həm də hüquqi tərəfləri qorumağa yönəlib".
Sığorta ekspertləri bazanın maliyyə risk və təhlili baxımından, nəqliyyat ekspertləri isə təhlükəsizlik və nəzarət mexanizmi baxımından faydalı olduğunu qeyd eləyirlər.
Mövzu ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, sistemin tətbiqi bütövlükdə avtomobil bazarına şəffaflıq gətirəcək:
"Burada avtomobil istehsal tarixi, markası, modeli və digər məlumatlar, həmçinin avtomobilin texniki vəziyyəti, vuruğu olub-olmaması, qəza törətməyi barədə məlumatlar qeyd olunur. Bu da insanlara avtomobil alarkən, satarkən onlara rahatlıq verəcək".
Qeyd edək ki, yaradılacaq avtomobil məlumat bazası həm hüquqi şəffaflıq, həm də yollarda təhlükəsizliyin təmin olunmasında rol oynayacaq.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyran Qəhrəmanovaya vəzifə verildi
-
Masallıda itkin düşən yeniyetmə polis tərəfindən tapılıb - Yenilənib - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
-
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi - Siyahı
-
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
XƏBƏR LENTİ
-
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür - (Foto)
-
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
-
Oğrular evə girəndə ilk bu 5 yerə baxırlar
-
“Sabah” hesabı açdı - Yenilənir - Canlı
-
Günün qoroskopu: Dünyanızı alt-üst edəcək bir şey baş verəcək
-
Ceyran Qəhrəmanovaya vəzifə verildi
-
Çempionlar Liqası: “Fənərbaxça” “Liverpul”u məğlub edib
-
Burakın serialının anonsu silindi - (Foto)
-
Masallıda itkin düşən yeniyetmə polis tərəfindən tapılıb - Yenilənib - (Foto)
-
Vinisius göz yaşlarını saxlaya bilmədi
-
Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram - Rəcəb Tayyib Ərdoğan
-
Bir sıra sosial ödənişlərin məbləği artırılır - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
-
Qaradağda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
-
"Hürrəm" ilk dəfə Bakıda - (Video)
-
Qələmzər Tağıyevaya vəzifə verildi
-
Fonseka klubdan ayrılır
-
Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur
-
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib - (Foto)
-
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu





