Cəmiyyət

Qızını öldürən ata: "İkinci telefon işlətdiyini məndən gizlədirdi"

18 İyun 2025 11:12
Baxış: 1 410
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda qızını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Yelmar Atakişiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Milli.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda ona 16 il azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, hadisə 2024-cü il noyabrın 10-da Zabrat qəsəbəsində baş verib. 42 yaşlı Cəmalə Atakişiyeva yaşadığı evdə atasının zorakılığı nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib. Atası əvvəllər məhkum olmuş Yelmar Atakişiyev şübhəli qismində saxlanılıb və ifadəsində qızına xəbərdarlıq etdiyini, mübahisə zamanı isə onu döydüyünü etiraf edib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.